Reklam verin!
Yuma Ailə Jurnalı


agilfamilogluYanvar 17, 2008 16:23

ELAN

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.6-cı bəndinə uyğun olaraq, Şura üzvlüyünə namizədlərin irəli sürülməsini təmin etmək üçün 2008-ci ilin fevral ayı ərzində aşağıda qeyd olunan sahələr üzrə ixtisaslaşmış QHT qruplarının yığıncaqları keçiriləcəkdir:
  • insan hüquqları və demokratiya;
  • ailə, qadın və uşaq məsələləri ;
  • qaçqın, köçkün, əlil və veteranların məsələləri;
  • iqtisadi və sosial məsələlər;
  • təhsil, elm və mədəniyyət;
  • gənclər və vətənpərvərlik tərbiyəsi;
  • səhiyyə, sağlamlıq və ekologiya;
  • narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə.

Yığıncaqlarda iştirak etmək və namizədləri irəli sürmək üçün qeyri-hökumət təşkilatları 2008-ci il fevralın 10-dək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına müraciət edə bilərlər. Hər bir QHT yalnız bir ixtisaslaşmış qrup üzrə qeydiyyata alınır və yığıncaqda bir nümayəndə ilə təmsil olunur. Müraciətdə QHT iştirak edəcəyi qrupu göstərməli və öz nümayəndəsi haqqında məlumat verməlidir (müraciətin forması əlavə olunur).

QHT tərəfindən Şura üzvlüyünə irəli sürülən namizəd “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.3. və 3.4-cü bəndlərinin tələblərinə uyğun olmalıdır. Namizədi irəli sürmüş qeyri-hökumət təşkilatı müvafiq anket sorğusunu təqdim etməlidir (anket sorğusunun forması əlavə olunur).

QHT qrupları üzrə yığıncaqların keçirilmə tarixi və yeri haqqında əlavə məlumat veriləcəkdir.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı


XəbərlərŞərhlər(5)     Baxış sayı:326

1
Sebuhi yazıb:

Menim QHT var.Isterdim Shuraya uzv olum.Komeyinize ehtiyacim var.

Hormetle,
Sebuhi Abbasov

Yanvar 17, 2008 22:18

2
Sebuhi yazıb:

Menim QHT var.Isterdim Shuraya uzv olum.Komeyinize ehtiyacim var.

Hormetle,
Sebuhi Abbasov

Yanvar 17, 2008 22:18

3

Aqil men erize formalarin hardan tapa bilerem?

Yanvar 17, 2008 23:37

4
Aqil Familoğlu yazıb:

Sullara cavab olaraq onu qeyd edim ki ərizə formasını sizlər Azərbaycan Respublikası Prezidentinin icra aparatına müraciət et yazısının üzərinə tıklayaraq yükləyə bilərsiniz!

Uğurlar!

Yanvar 18, 2008 14:43

5
Aliye yazıb:

Biz Azerbaijan tarixi sayti yaradiriq mueyyen ishlerde bize komek ve meslehet lazimdir.

Dekabr 1, 2008 16:52

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. - Dəstək: AzeriBlog.com