Reklam verin!


agilfamilogluYanvar 18, 2008 17:33
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş  1990-cı il 20 yanvar hadisələrindən on səkkiz il keçir. Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi.

Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı ilin yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Azərbaycan xalqı öz igid övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 Yanvarda onların əziz xatirəsini böyük ehtiramla yad edir.

“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı fəaliyyətə başladığı dövrdən indiyə qədər gənclərdə vətənpərvərlik ruhunun aşılanması və milli-mənəvi dəyərlərin qorunması, vətənə sevgi hislərinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirmişdir.

Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsini dərin hüznlə yad edərək, xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsinin on səkkizinci ildönümü münasibətilə Hərəkat üzvləri 19 Yanvar 2008-ci il saat 11:00-da Şəhidlər Xiyabanını ziyarət edəcəkdir. Daha sonra saat 13:00-dan 14:00-a kimi Hərəkatın “İnformasiya Texnologiyaları Deparatmenti” tərəfindən Gürcüstan və Litva gəncləri ilə birgə faciə ilə bağlı xüsusi hazırlanmış ingilis, fransız, italyan və alman dillərində məlumatların dünyadakı aparıcı ölkələrin hökümət rəhbərləri, konqresmen, atorlar, yüzlərlə beynəlxalq təşkilatların funksionerlərinə, ümumilikdə sayı 10.000-ə çatan elektron ünvana çatdırılması təmin ediləcəkdir. Onu da bildirək ki, Litva və Gürcüstandan olan gənclərin də aksiyaya qoşulması və qeyri-azərbaycanlılar tərəfindən həmin dövrün həqiqətlərinin, təkcə Azərbaycanda deyil, Gürcüstan və Litvada da törədilən faciələrin tarixi ilə bağlı faktların beynəlxalq ictimaiyyətə çatdırılması Aksiyanın əhəmiyyətini daha da artırır. Qeyd edək ki, məlumatların göndərilməsində Hərəkat gəncləri tərəfindən hazırlanmış və faciənin tarixindən bəhs edən video çarxdan da istifadə olunacaqdır. Daha sonra həmin video görüntülər internet vasitəsilə İRƏLİ TV-də yerləşdiriləcək.

 
İRƏLİ, Fotoalbom, Qan yaddaşıŞərhlər(0)     Baxış sayı:329

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. - Dəstək: AzeriBlog.com