Reklam verin!
Yuma Ailə Jurnalı


agilfamilogluFevral 6, 2008 16:48

ANS Müstəqil yayım və Media şirkəti və Çingiz Mustafayev fondunun təsis etdiyi «İlin Adamı» mükafatının prezident İlham Əliyevə təqdimetmə mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə ANS MYMŞ-nın vitse-prezidenti Mirşahin Ağayev açıb. Daha sonra ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış edib.


Mükafatı prezidentə mərhum telejurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin oğlu Fuad Mustafayev təqdim edib. Ənənəyə uyğun olaraq prezidentə xüsusi diplom, Çingiz Mustafayev fondu adından 5 min manat pul mükafatı, ANS Şirkətlər Qrupu adından isə eksklüziv olaraq İlham Əliyev üçün hazırlanmış tam əl işi olan "Glasshutte" qol saatı verildi.

Azərbyacan prezidenti İlham Əliyev fəaliyyətinə verilən yüksək qiymətə görə, Çingiz Mustafayev fonduna və ANS Şirkətlər Qrupuna təşəkkürünü bildirdi. İlham Əliyev ona verilən pul mükafatını Azərbaycan Silahlı Qüvəllərinin yardım fonduna bağışladı. Qeyd edək ki, təqdimetmə mərasimində İlham Əliyevin 2007-ci ildə gördüyü işlərə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Prezident İlham Əliyev bu mükafata bir sıra aparıcı dövlətlərin müqavimət və təyziqlərinə baxmayaraq Bakı-Qars-Axalkalaki dəmiryolu xəttinin təməlinin qoyulması, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyi sistemində yerinin möhkəmlənməsinin tərkib hissəsi olaraq ölkə qazının Avropa bazarına çıxması, ABŞ və İran arasında xüsusilə gərginləşmiş münasibət fonunda yürütdüyü balanslaşdırılmış siyasət nəticəsində Azərabycanın mümkün təhlükələrdən qoruması, ölkədə və paytaxda infrostrukur layihələrinin uğurla həyata keçirilməsi və bu məqsədlə yeni iş yerlərinin açılması, Azərbaycanda son qaçqın şəhərciyinin ləğv edilməsi, Hərbi sənaye kompleksinin işə düşməsi və ilk hərbi məhsulların əldə edilməsi, Azərbayacan Silahlı Qüvvələrinin ən müasir standartlara cavab serməsi məqsədi orduya ayrılan vəsaitin kəskin aratırlması, ilk müstəqil teleradio şirkəti olan ANS-in fəaliyyyətinin bərpası və lisenziyası müddətinin uzadılmasında oynadığı müstəsna rola, habelə həbsdə olan jurnalistlərin azadlığa buraxılmasına görə layiq görülüb.

Prezident İlham Əliyev tədbirdə nit söyləyib.

/ANS PRESS/

 
Fotoalbom, SiyasətŞərhlər(0)     Baxış sayı:157

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. - Dəstək: AzeriBlog.com