CNN və Euronews telekanallarında Azərbaycanda bağlı nümayiş etdirilən reklam çarxlarında prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar çəkilib. Çarxlar Azərbaycanın turizm potensialının nümayiş etdirilməsi məqsədini daşıyır.Xatırladaq ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi CNN telekanalı arasında bağlanmış müqaviləyə görə, bu il ərzində gündə 5 dəfə Azərbaycanla bağlı reklam çarxı nümayiş etdiriləcək. Martın əvvəllərindən Euronews telekanalında ingilis, fransız və rus dilində yayımlanan verilişlərdə də həmin reklamların yerləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, sırf turizm və səyahət sahəsini əhatə edən Travel Chanel və National Geographic Chanel telekanalları ilə də danışıqlar aparılıb. Bu elektron KİV-lər də Azərbaycanla bağlı reklamları yayımlamağa hazırdırlar. Qeyd edək ki, Travel Chanel, həm də National Geographic Chanel kanallarının mütəxəssislərinin Azərbaycana dəvət olunması ilə bağlı danışıqlar davam etdirilir. 2008-ci il ərzində onların ölkəmizə gəlişi və xüsusiləşdirilmiş verilişlər silsiləsi və ya uzunmüddətli proqramın hazırlanması nəzərdə tutulur. Bu məqsədlərlə dövlət büdcəsindən 1 milyon 500 min manat vəsait ayrılıb.


Maraqlidi, O carxi gormek isteyerdim, goren neyleri reklam edibler?
tapsaniz o carxa ssilka qoyun zehmet olmasa.
İyun 26, 2008 16:33