Reklam verin!
Yuma Ailə Jurnalı


agilfamilogluİyun 27, 2008 13:39

Ötən gün İRƏLİ-çi dostum Rauf Ray zəng edib xəbər verdi ki,Azadlıq meydanında Azərbaycan silahlı qüvvələrinin 90-illiyinə həsr edilmiş paraddan sonra metronun Sahil metrosunun qarşısında "Azərbaycan!" "Azərbaycan!" şuarı səsləndirən gənclər PPX əməkdaşı tərəfindən qanunsuzluğa və zorakılığa qaldığını və polis əməkdaşının Azərbaycan bayrağına hörmətsizlik etdiyini bildirdi.Və bununla bağlı nəsə tədbir görülməsi haqqında danışdıq.


Bununla bağlı axşam İRƏLİ ofisində Rauf Rayla görüşdük və hadisə vaxtı çəkilmiş kadrlara və fotolara baxdıqdan sonra həqiqətəndə təəssüf hissi keçirdim.Çün ki Azərbaycan polisinə olan nifrətim bir azda artdı.İnsanların üstünə vəhşi kimi avtomobili sürən polis bir sözlə xidməti avtomobili ilə xüliqanlıq edirdi.Bu kadrları ancaq ANS televiziyasına vermək və orada yayımlanmasına nail olmaq istəyirdik.Bunun üçün ANS-in vitse-prezidenti Mirşahin Ağayevə  zəng etdim və belə bir hadisənin baş verdiyini və əgər onlar üçün maraqlı olacağı təqdirdə onlara bu kadrları verməyə hazır olduğumuzu bildirdim.Açığı desəm Mir Şahini bir vətənpərvər insan kimi tanıyırdım.Hesab edirdim ki həqiqətəndə bu insan üçün Azərbaycan bayrağından müqəddəs heç bir şey yoxdur.Ancaq əfsuslar! Bu cənab haqqında fikirlərimdə yanılmışam.Mir Şahin Ağayev bu faktın onlar üçün maraqlı olmadığını bildirdi.Bu azmış kimi tərbiyəsizcəsinə telefonu sondurdu.Çox maraqlıdır ANS əməkdaşlarının telefon zənglərinə hər hansısa mətbuat katibi və ya dövlət məmuru cavab verməyəndə KİV haqqında qanunu başlayırlar adamın gözünə soxmağa.Bu azmış kimi günlərlə özlərini lezvalayırlar.İndi bir maraqlı sual ortaya çıxır KİV işcisi kiməsə otboy verdiyi halda nə üçün dövlət məmuru sizin zənginizə cavar verməlidir?Ancaq görünür bu adam haqqında yazılanlar həqiqətə uyğundu.Bəlkədə Mir Şahin üçün bu bayrağı hər hansısa vətəndaş cırsa idi maraqlı olardı və öz kanalında və hətda çox maraqsız və məntiqsiz HESABAT verilişində kompaniya aparıb hesabat istəyərdi.İndi ki halda isə mən Mir Şahindən xahiş edirəm bir daha vətənpərvərlikdən danışmasın.Açığı hal-hazırda ANS-də olan tanışlarım vasitəsi ilə bu "vətənsevər" haqqında məlumatları toplayıram və bu haqda bir şey olan kimi dərc edəcəm.

Hadisə haqqında daha ətraflı: RAUF RAY-in blogunda

 


XəbərlərŞərhlər(0)     Baxış sayı:103

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. - Dəstək: AzeriBlog.com