Reklam verin!
Yuma Ailə Jurnalı


agilfamilogluFevral 23, 2008 20:29
Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir.Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etmişdir. Davamı...
agilfamilogluFevral 21, 2008 18:17
Öz yeni konsepsiyasını hələ ötən il konkretləşdirən Avropa komissiyası nəhayət ki, qlobal istiləşmə ilə miqyaslı mübarizə planını elan etdi. Döyüş asan olmayacaq. Avropa öz başlıca düşməni-atmosferə atılan karbon qazı tullantıları ilə mübarizəyə hər il 60 milyard dollar ayırmağı planlaşdırır. Avrokomissiyanın mübarizə planı öz miqyası ilə heyrət doğurur.Bu gün Avropa cəmiyyətinin qarşısında bir məqsəd durur: 2020-ci ilədək atmosferə atılan karbon tullantılarının 90-cı illə müqayisədə təxminən 20 faizədək azaldılmasını təmin etmək. Davamı...
agilfamilogluFevral 21, 2008 18:10
CNN və Euronews telekanallarında Azərbaycanda bağlı nümayiş etdirilən reklam çarxlarında prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar çəkilib. Çarxlar Azərbaycanın turizm potensialının nümayiş etdirilməsi məqsədini daşıyır.Xatırladaq ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi CNN telekanalı arasında bağlanmış müqaviləyə görə, bu il ərzində gündə 5 dəfə Azərbaycanla bağlı reklam çarxı nümayiş etdiriləcək. Davamı...
agilfamilogluFevral 15, 2008 18:01

- Azad müəllim, universitetlərdə təhsil alan tələbələrin işlə təmin edilməsi istiqamətində tədbirlər görülürmü?

- Hal-hazırda ali təhsil müəssisələrini bitirən gənclər üçün azad təyinatdır. Və hər bir gənc öz iş yerini nə qədər çətin də olsa özü tapmalıdır. Son illər ərzində ölkədə 500 mindən çox yeni iş yerləri açılıb və bu iş davam etdirilir. İnanıram ki, yüksək səviyyəli biliklərə malik olan hər bir məzun özü üçün iş yeri tapa bilər.

Davamı...
agilfamilogluFevral 6, 2008 16:48

ANS Müstəqil yayım və Media şirkəti və Çingiz Mustafayev fondunun təsis etdiyi «İlin Adamı» mükafatının prezident İlham Əliyevə təqdimetmə mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə ANS MYMŞ-nın vitse-prezidenti Mirşahin Ağayev açıb. Daha sonra ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış edib.

Davamı...
agilfamilogluFevral 1, 2008 15:51

 ABŞ-ın Florida ştatının demokrat təmsilçisi Robert Veksleri Konqresdə “Ən səmərəli 50 qanunverici” siyahısında yer tutan fəal ictimai xadim kimi tanıyırlar. Əslən nyu-yorklu olan yəhudi mənşəli hüquqşünas 1997-ci ildən Konqresin üzvüdür.

Davamı...
  Yazılar cəmi: 6   
© 2008 Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. - Dəstək: AzeriBlog.com