Reklam verin!
Yuma Ailə Jurnalı


agilfamilogluİyun 27, 2008 13:39

Ötən gün İRƏLİ-çi dostum Rauf Ray zəng edib xəbər verdi ki,Azadlıq meydanında Azərbaycan silahlı qüvvələrinin 90-illiyinə həsr edilmiş paraddan sonra metronun Sahil metrosunun qarşısında "Azərbaycan!" "Azərbaycan!" şuarı səsləndirən gənclər PPX əməkdaşı tərəfindən qanunsuzluğa və zorakılığa qaldığını və polis əməkdaşının Azərbaycan bayrağına hörmətsizlik etdiyini bildirdi.Və bununla bağlı nəsə tədbir görülməsi haqqında danışdıq.

Davamı...
agilfamilogluİyun 26, 2008 15:04
Bu gün Bakının baş meydanında Silahlı Qüvvələrin yaranmasının 90 illiyinə həsr edilmişh parad keçirildi.Və hər bir Azərbaycan vətəndaşı televiziya qarşısında oturub paradı canlı izləyə bildi.

Bu möhtəşəm günü AzTV-nin kollektivi bir neçə həftə idi ki yüksək səviyyədə hazırlaşırdı.Çəkilişi yüksək səviyyədə lentə almaq üçün televiziyanın bütün teleoperatorları səfərbər edilmişdir.Azadlıq meydanında 8 ədəd telelamera,3 ədəd kran üzərində kamera,4 ədəd xüsusi olaraq Türkiyədən gətirilmişh Sedecam aparatı işləyirdi.

Davamı...
agilfamilogluAprel 1, 2008 12:37

Цветное телевидение

В 1962 году в Швеции был только один телевизионный канал, который осуществлял черно-белое вещание. В одном из выпусков новостей выступил технический специалист канала, который сообщил, что благодаря новой разработанной технологии все зрители могут быстро и легко сделать так, что их телевизоры станут цветными. Все, что им нужно было сделать - это натянуть нейлоновый чулок поверх телеэкрана. Как сообщается, сотни тысяч телезрителей (из семимиллионного населения страны) поверили этой шутке. А в действительности цветное телевещание в Швеции появилось 1-го апреля 1970 года.

Davamı...
agilfamilogluFevral 21, 2008 18:10
CNN və Euronews telekanallarında Azərbaycanda bağlı nümayiş etdirilən reklam çarxlarında prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar çəkilib. Çarxlar Azərbaycanın turizm potensialının nümayiş etdirilməsi məqsədini daşıyır.Xatırladaq ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi CNN telekanalı arasında bağlanmış müqaviləyə görə, bu il ərzində gündə 5 dəfə Azərbaycanla bağlı reklam çarxı nümayiş etdiriləcək. Davamı...
agilfamilogluYanvar 26, 2008 18:11
 Azərbaycan Könüllülər İctimai Birliyi Avropa Birliyi Gənclər Proqramı çərçivəsində Böyük Britaniya  Milli Gənclər Agentliyi - British Council və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 27 Yanvar – 3 Fevral 2008-ci il tarixində “Gənclərin Əməkdaşlığının yeni modeli” adlı beynəlxalq təlim kursu keçirəcəkdir. Davamı...
agilfamilogluYanvar 17, 2008 16:23

ELAN

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.6-cı bəndinə uyğun olaraq, Şura üzvlüyünə namizədlərin irəli sürülməsini təmin etmək üçün 2008-ci ilin fevral ayı ərzində aşağıda qeyd olunan sahələr üzrə ixtisaslaşmış QHT qruplarının yığıncaqları keçiriləcəkdir: Davamı...
agilfamilogluYanvar 17, 2008 12:51

Bundan sonra Azərbaycanda polis işinə başlayanlara ingilis dili, etika və vətəndaşla ünsiyyət qaydaları öyrədiləcək. Bu, ATƏT-in Bakı Ofisinin Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirdiyi «Polisə yardım» proqramında nəzərdə tutulub.

Yanvarın 16-da Bakı Polis Məktəbində yeni tədris proqramı istifadəyə verilib. Proqrama icma polisi, insan hüquqları, kommunikasiya, ailədaxili pozuntular kimi mövzular da daxil edilib.

Davamı...
agilfamilogluYanvar 16, 2008 19:22
Heydər Əliyev Fondu BMT-nin Əhali Fondu ilə birlikdə qadınlara qarşı zorakılıqla mübarizə üzrə layihə həyata keçirəcək. Çərşənbə günü Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban Əliyeva ,BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Burno Puza və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədir Hicran Hüseynova «XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə mübarizə» layihəsinə imza atıblar. Davamı...
agilfamilogluYanvar 12, 2008 15:16

Fevral ayının 2-də 52 illik tarixi olan və Avropanın bir çox mötəbər ölkələrinin qatıldığı “Eurovision” müsabiqəsində ölkəmizi ilk dəfə təmsil edəcək müğənninin final seçimi olacaq.

Məlumata görə, nəticələr fevralın 2-də 2008-ci il tarixi Bakı şəhəri Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək yekun konsertində qalib bəlli olacaq. Davamı...
agilfamilogluYanvar 12, 2008 14:47
Bizim üçün ən ağrılı, ən çətin məsələ Dağlıq Qarabağ problemidir. Bunun həll olunmaması bizi çox narahat edir. Biz çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Amma görürük ki, buna nail olmaq hələ ki, mümkün deyildir. Bunu prezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Davamı...
agilfamilogluYanvar 11, 2008 15:44

Hörmətli istifadəçilər blog tezliklə işə düşəcək!

Blogda Azərbaycan və Rus dillərində maraqlı yazılar yerləşdiriləcək. 

Təbəssüm

  Yazılar cəmi: 11   
© 2008 Burada əks olunan fikirlər bizim rəsmi mövqeyimizi əks etdirməyə bilər. - Dəstək: AzeriBlog.com